Pakistan Əfqanıstan sərhədində şiddətli toqquşma olub: Dörd hərbçi həyatını itirib

30.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əfqanıstanla sərhəddə silahlı qruplaşmanın hücumunu dəf edərkən dörd pakistanlı hərbçi həlak olub.

Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Toqquşma nəticəsində altı nəfər terrorçunun öldürüldüyü bildirilir. Qeyd olunur ki, terrorçuların məqsədi Şimali Vəziristan əyalətində yerləşən sərhəd-keçid məntəqəsini ələ keçirmək olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью