Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər saatlarında Pakistan ordusuna qarşı Əfqanıstan sərhədi yaxınlığında baş verən silahlı hücum nəticəsində 13 hərbi qulluqçu həlak olub.
Missiya.Az xəbər verir ki, bu barədə Pakistan təhlükəsizlik mənbələri məlumat yayıb.
Bildirilib ki, hadisə Xeybər-Paxtunxva əyalətinin Kurram bölgəsində baş verib.
Məlumata görə, hücum “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasına bağlı silahlılar tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, yaraqlılar ordu mövqelərinə çox istiqamətli hücum təşkil ediblər. Atışma zamanı bir neçə əsgər yaralanıb, çox sayda hücumçu zərərsizləşdirilib.
Daşqın Həsənov
Missiya.Az