Pakistan Əfqanıstana hava zərbəsi endirib

25.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Pakistan Əfqanıstan ərazisində hava hücumu həyata keçirib.

"Cebheinfo.az" xəbər verir ki,  Əfqanıstan “Taliban”ının verdiyi açıqlamaya görə, hücum nəticəsində 9 uşaq həyatını itirib.

“Taliban” İstanbulda əldə olunan atəşkəs razılaşmasının bu hücumla pozulduğunu bildirib.

“Taliban” hökumətinin sözçüsü Zəbiullah Mücahid Pakistanın Kunar və Paktika vilayətlərində də basqınlar təşkil etdiyini və bu hücumlar nəticəsində dörd mülki şəxsin yaralandığını da qeyd edib. Hücumlar Pakistanın Pəşəvər şəhərində üç Pakistan təhlükəsizlik qüvvələri əməkdaşının həyatını itirdiyi intihar hücumundan bir gün sonra baş verib.

İki ölkənin orduları oktyabr ayında toqquşmuş və “Taliban”ın 2021-ci ildə yenidən hakimiyyətə gəlməsindən bəri ən şiddətli qarşıdurmalar yaşanmışdı. Həmin qarşıdurmalarda onlarla insan həlak olmuşdu. Xatırladaq ki, tərəflər oktyabr ayında atəşkəs razılaşması imzalamışdılar, lakin Əfqanıstan daxilində fəaliyyət göstərən və Pakistana qarşı olan militant qruplarla bağlı fikir ayrılıqları səbəbindən Türkiyədə keçirilən sülh danışıqları daimi razılaşma əldə olunmadan nəticəsiz başa çatmışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью