Pakistan Əfqanıstanda yaraqlıların sığınacaqlarına zərbələr endirib

25.12.2024

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Əfqanıstanda terrorçuların olduğu ehtimal edilən sığınacaqlara, o cümlədən sərhəddəki Paktika əyalətindəki hədəflərə zərbələr endirib.

SİA xəbər verir ki, bu məlumatı Hindistanın “Hindustan Times” qəzeti yayıb.

Onun sözlərinə görə, zərbələrin hədəfi Pakistanda qadağan edilmiş “Təhrik-i-Taliban Pakistan” radikal təşkilatının iddia edilən sığınacaqları, habelə onun yaraqlılarının təlim keçdiyi təlim mərkəzi olub.

Bundan əvvəl Associated Press agentliyi Pakistanın şimal-qərbində avtomobil karvanına hücumun 38 nəfərin ölümü ilə nəticələndiyini bildirmişdi.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью