Pakistan Əfqanıstanı vurdu 46 nəfər öldü

25.12.2024

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pakistanın Əfqanıstana endirdiyi zərbə nəticəsində 46 nəfər həlak olub

Teleqraf.com xəbər verir ki, bu barədə Taliban sözçüsü Zəbiullah Mücahid açıqlama verib.

"Pakistan Hərbi Hava Qüvvələrinin ölkənin şərqində, Əfqanıstanla sərhəddə yerləşən Paktika əyalətinə endirdiyi hava zərbələri nəticəsində 46 nəfər ölüb", - deyə açıqlamada bildirilib.

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu qeyd edilib.

Daha 6 nəfər isə yaralanıb.

Taliban hadisənin cavabsız qalmayacağını bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью