Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub ŞƏRH | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şahbaz Şərifin Azərbaycana səfəri qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün mühüm bir imkan təqdim edirPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Azərbaycanda rəsmi səfərdə olub.Səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər.
Eyni zamanda, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
Daha sonra isə, iki ölkə liderləri mətbuata bəyanatlarla çıxış ediblər.
Hər iki lider öz bəyanatlarında Azərbaycan ilə Pakistan arasında münasibətlərin uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızın tarix boyu bir-birinə dəstək nümayiş etdirdiyini, eləcə də dövlətlərimizin beynəlxalq aləmdə daim ortaq maraqlardan çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki,.Azərbaycan-Pakistan əlaqələrinin davamlı inkişafı və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tərəflərin hər biri üçün olduqca mühüm nəticədir.
Şərifin Azərbaycana dövlət səfərinə gəlməsi də ilk növbədə strateji tərəfdaşlıq kontekstində nəzərdən keçirilməlidir.
Azərbaycan və Pakistan qarşılıqlı dəyərlər, etimad və ortaq maraqlara əsaslanan uzunmüddətli əlaqələrə malikdir.
Tam oxu
Xəbəri oxu