Pakistan “Fətah 2” raketinin sınağını keçirib

13.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Pakistan Ordusu “Fətah-2” uzaqmənzilli raketinin sınaq buraxılışını həyata keçirib.

AZƏRTAC DND xəbər agentliyinə istinadla xəbər verir ki, raket qabaqcıl naviqasiya sistemi ilə təchiz olunub və yüksək dəqiqliklə hədəfləri vurmaq imkanına malikdir.

Sınaqda Pakistan Ordusunun yüksəkrütbəli zabitləri, alimlər və mühəndislər iştirak ediblər. Ölkə rəhbərliyi uğurlu sınaq münasibətilə raketin hazırlanmasında iştirak edən mütəxəssisləri təbrik edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью