Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistan hökuməti açıqlayıb ki, Pakistanın kriket millisinə T20 Dünya Kubokunda iştirak üçün icazə verilib, lakin komanda fevralın 15-də Hindistana qarşı keçirilməsi planlaşdırılan oyuna çıxmayacaq.
APA xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Rəsmi bəyanatda deyilir: “Pakistan İslam Respublikasının Hökuməti Pakistan Kriket Komandasının ICC World T20 2026 turnirində iştirakını təsdiqləyir. Bununla belə, Pakistan Kriket Komandası 15 fevral 2026-cı il tarixində Hindistana qarşı planlaşdırılmış matçda meydana çıxmayacaq.”
Bununla da Pakistan Kriket Komandası turnirdə iştirakını davam etdirəcək, lakin siyasi səbəblərə görə Hindistana qarşı oyunu boykot edəcək.