Pakistan HHQ Əfqanıstana zərbələr endirdi

25.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan Hərbi Hava Qüvvələri (HHQ) Əfqanıstanın sərhəddə yerləşən Paktika əyalətində müəyyən hədəflərə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, zərbələr Barmal rayonuna endirilib. Hücum nəticəsində ölənlərin olduğu deyilir.

Qeyd edək ki, Taliban hakimiyyəti bu zərbələrin cavabsız qalmayacağını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью