Pakistan Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24 dək uzatdı

23.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın "Dawn" portalı məlumat yayıb.

"Hindistan təyyarələrinin Pakistanın hava məkanından istifadəsinə qoyulan qadağa iyunun 24-dək uzadılıb", – Pakistan Hava Limanları İdarəsinin bəyanatında qeyd olunub.

“Hindistan aviaşirkətləri tərəfindən həyata keçirilən reyslərin Pakistan hava məkanında həyata keçirilməsinə icazə verilməyəcək”, – məlumatda bildirilib.

Aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью