Pakistan Hindistan diplomatını ölkədən çıxaracaq

14.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Pakistan Hindistan səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətinə görə "persona non qrata" elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.

“Bu qərar diplomatik normalara uyğundur və Pakistanın öz suverenliyini qoruyub saxlamaq öhdəliyini əks etdirir”, - deyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı məlumat yayıb.

Hindistanın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona müvafiq demarş verilib.

Adı və vəzifəsi açıqlanmayan Hindistan səfirliyinin əməkdaşı 24 saat ərzində Pakistanı tərk etməlidir. Qərar Hindistanın çərşənbə axşamı Pakistanın Yeni Dehlidəki səfirliyinin əməkdaşını diplomatik statusuna uyğun olmayan fəaliyyətlərə görə "persona non qrata" elan etməsinə cavab olaraq qəbul edilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью