Pakistan Hindistan əsgərlərinin ağ bayraq qaldırdığını bildirib..?

07.05.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Pakistan Hindistan ordusunun döyüş təyyarələrinin məhv edilməsindən sonra ağ bayraq qaldırdığını bildirib...

...Hindistan əsgərləri Kəşmirdə Nəzarət Xəttində Chora kompleksində ağ bayraq qaldırıb. Bunu Pakistanın informasiya və yayım naziri Attaullah Tarar deyib.

Onun sözlərinə görə, Hindistanın analoji hərəkətləri digər ərazilərdə də qeydə alınıb.

SİA-nın məlumatına görə, “Samaa.tv” xəbər verir ki, həqiqəti artıq gizlətmək mümkün olmadığından hətta Hindistan mediası da qəzaya uğrayan təyyarənin görüntülərini nümayiş etdirib.

Lakin Hindistanın rəsmi orqanları hələlik bu məlumatı təsdiqləməyib.

Tarar əlavə edib ki, Pakistan hücuma məruz qalmasına baxmayaraq, müharibə qaydalarına əməl edir.

Zərbələr yalnız hərbi hədəflərə endirilib. Hindistan təkcə hərbi kampaniyanın uğursuz nəticəsinə görə deyil, həm də məğlubiyyətini açıq etiraf etməli olduğu üçün "alçalma ilə üzləşir".

Yenə də iddialara görə, Pakistan Hərbi Hava Qüvvələrinin 5 döyüş təyyarəsini məhv etməsindən sonra Hindistan ordusu ağ bayraq qaldırıb.

Xatırladaq ki, Hindistan Silahlı Qüvvələri Pakistanda infrastruktura zərbə endirən “Sindoor əməliyyatı”na başlayıb.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью