Pakistan Hindistana xəbərdarlıq ETDİ

06.09.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistanla növbəti müharibədə hesab 60-0 olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan ordusunun aviasiya vitse-marşalı Şəhriyar Xan Karaçidə keçirilən təntənəli mərasimdə bildirib.

“Əmin ola bilərsiniz ki, Pakistan hava məkanının müdafiəsi Pakistan Hərbi Hava Qüvvələrinin güclü əllərindədir. Texnoloji yeniliklər sayəsində Hərbi Hava Qüvvələri dünya miqyasında tanınıb. Növbəti dəfə hesab 6-0 yox, Allahın köməyi ilə 60-0 olacaq”, – vitse-marşal vurğulayıb.

Qeyd edək ki, bu gün Pakistanın Müdafiə və Şəhidlər Günü kimi qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью