Pakistan: Hindistanın Hind çayı hövzəsinə hər hansı hərəkəti müharibəyə səbəb olacaq

24.04.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Hindistan Cammu və Kəşmirin Pahalqam rayonunda baş verən terror aktından sonra "Hind Suları Müqaviləsini" dayandırıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, Hindistanın xarici işlər naziri Vikram Misri keçirdiyi mətbuat konfransında görüşdə alınan qərarların təfərrüatlarını açıqlayıb. 

Misri Pakistanın Yeni Dehlidəki səfirliyindəki hərbi müşavirələrin, o cümlədən, dəniz və hava qüvvələrinin komandanlarının arzuolunmaz şəxs elan edildiyini və müşavirələrə Hindistanı tərk etmələri üçün bir həftə vaxt verildiyini bildirib. 

"Hindistanın Hind çayı hövzəsində su axını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdi müharibə aktı kimi qiymətləndiriləcək", - nazir bəyanatda qeyd edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью