Pakistan Hindistanla atəşkəsi mayın 18 dək uzatmağa hazırdır

15.05.2025

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pakistan və Hindistan hərbçiləri atəşkəsin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.

Adalet.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

“Bu gün söhbətimiz oldu və atəşkəs mayın 18-dək qüvvədə olacaq”, - XİN başçısı vurğulayıb.

Xatırladaq ki, mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью