Pakistan hökuməti: Əfqanıstanla dialoq olmayacaq

06.03.2026

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Əfqanıstan onun ərazisindən sərhədyanı hücumlar təşkil edən silahlı qruplaşmaları dəstəkləməyi dayandırmasa İslamabad Kabil ilə danışıqlara başlamayacaq".

Oxu.Az-ın "Bloomberg" agentliyinə istinadən xəbərinə görə, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin Dəftərxanasının nümayəndəsi Müşərrəf Zəidi bildirib:

"Hər hansı danışıqlar olmayacaq. Əfqanıstanda terrorizmə son qoyulmalıdır".

Qeyd edək ki, Pakistan-Əfqanıstan sərhədində vəziyyət son dərəcə gərgin olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью