Pakistan hücuma keçdi: Bu müsəlman ölkəsinin paytaxtı vuruldu

09.10.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistan Hərbi Hava Qüvvələri Kabilə hava zərbələri endirib.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə iki hava zərbəsi həyata keçirib.

Hədəfin Pakistan ərazisində son aylarda baş verən hücumlara görə məsul tutulan silahlı qruplar olduğu bildirilir. Zərbələr nəticəsində dağıntılar və itkilər barədə dəqiq məlumat hələlik açıqlanmayıb.

Hadisə iki qonşu ölkə arasında gərgin münasibətlərin daha da kəskinləşəcəyi ehtimalını artırıb.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью