Pakistan insidentlərdə Əfqanıstanı günahlandırır

23.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Pakistan rəsmiləri bildirib ki, Əfqanıstan qüvvələri ölkənin sərhəd məntəqələrinə hücum edib, Kabildəki hakimiyyət orqanları isə hər hansı bir hücumu təkzib edib.

Xəbəri “Anadolu” verib. 

Pakistan rəsmiləri anonimlik şərti ilə “Associated Press” (AP) agentliyinə bildiriblər ki, Əfqanıstan Taliban qüvvələri tərəfindən dəstəklənən Pakistan Talibanı (TTP) ilə əlaqəli olduğu düşünülən yaraqlılar Paktiya və Nangarhar əyalətlərindəki Əfqanıstan sərhəd məntəqələrinə yaxın ərazilərdən Pakistana sızmağa cəhd ediblər. Pakistan qoşunları sızma cəhdinin qarşısını alıb və bundan sonra Əfqanıstan qüvvələri Pakistan sərhəd məntəqələrinə minaatan və digər ağır silahlarla atəş açıb.

Mənbələrin verdiyi məlumata görə, Pakistan qüvvələri artilleriya atəşi ilə cavab olaraq Talibanın sərhəd postlarını, minaatan mövqelərini və müdafiə istehkamlarını vurublar.

Eyni zamanda, Əfqanıstan hakimiyyətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid belə bir hücumun baş vermədiyini bildirib.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью