Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Pakistan Xarici İşlər Nazirliyi Hörmüz boğazında, xüsusilə də dəniz nəqliyyatının təhlükəsizliyi baxımından vəziyyətin tezliklə normallaşacağına ümid etdiyini açıqlayıb.
“Cebheinfo.az” "mehrnews.com"-a istinadən xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bütün tərəflər maksimum təmkin nümayiş etdirməyə və sülhə xələl gətirə biləcək hər hansı addımdan çəkinməyə çağırılıb.
Bəyanatda vurğulanıb ki, ümumi sülh və sabitlik məqsədlərinə nail olmaq üçün dialoq və diplomatiyanın alternativi yoxdur.
Bildirilib ki, bütün fikir ayrılıqları danışıqlar masası arxasında həll edilməlidir.
Pakistan, həmçinin Tehran və Vaşinqton arasında imzalanmış İslamabad Mutabakatının sülhün və qarşılıqlı hörmətin möhkəmləndirilməsi baxımından mühüm çərçivə olaraq qaldığını qeyd edib.
Nazirlik bildirib ki, qarşıda duran çətinliklərə baxmayaraq, bütün tərəflərin zorakılığa son qoyması və texniki danışıqların bərpası istiqamətində səylər davam etdiriləcək.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin