Pakistan İranı ABŞ ilə danışıqlar masasına gətirəcəyinə ümid edir

21.04.2026

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Pakistan İranın Amerika Birləşmiş Ştatları ilə danışıqlarda iştirakına nail ola biləcəyinə əmindir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar ertəsi "Reuters" agentliyinə Pakistan hökumətinin yüksək rütbəli nümayəndəsi məlumat verib.

«Biz İrandan müsbət siqnal almışıq. Vəziyyət qeyri-sabitdir, lakin ümid edirik ki, sabah və ya o biri gün danışıqlara başladığımızda onlar burada olacaqlar», — deyə mənbə anonimlik şərti ilə bildirib.

Mənbə əlavə edib ki, Pakistan, ABŞ Prezidenti Donald Tramp tərəfindən atəşkəsin dayandırılması üçün müəyyən edilmiş müddətin başa çatması ərəfəsində Tehran və Vaşinqtonla fəal şəkildə qarşılıqlı əlaqədədir.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью