Pakistan müdafiə naziri: “İranı hər cəhətdən dəstəkləyirik” KONKRET

15.06.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistanın müdafiə naziri İranla həmrəy olduqlarını bəyan edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, ölkəsi mövcud gərginlik şəraitində İranın yanında yer alacaq.

“Bu çətin günlərdə İranı bütün gücümüzlə dəstəkləyirik. İranın maraqlarını qoruyacağıq. İran xalqı bizim qardaşlarımızdır və onların acısını, dərdini bölüşürük”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, bu açıqlama İsrailin İrana qarşı hava hücumları fonunda verilib və bölgədə artan hərbi-siyasi gərginlik fonunda Pakistanın mövqeyini əks etdirir.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью