Pakistan müxalifəti etiraz aksiyasını ləğv edib

27.11.2024

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Biz dinc etiraz aksiyamızın müvəqqəti dayandırıldığını elan edirik”

Pakistan Ədalət Hərəkatının rəhbərliyi İslamabadda keçirilən etiraz aksiyasını ləğv edib. AYNA xəbər verir ki, bu barədə “Geo” telekanalı partiyanın Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

"Hökumətin vəhşiliyi və federal paytaxtı silahsız vətəndaşlar üçün qəssabxanaya çevirmək planları fonunda, biz dinc etiraz aksiyamızın müvəqqəti dayandırıldığını elan edirik", - bəyanatda qeyd olunub.

Müxalifətin qərarı İslamabadın mərkəzində Pakistan polisi və yarımhərbi qüvvələr tərəfindən etirazların dağıdılmasından sonra, Xayber-Paxtunxva əyalətinin Baş naziri Əli Əmin Qandapur və Hərəkatın qurucusu sabiq Baş nazir İmran Xanın həyat yoldaşı Buşra Bibi həbs olunmamaq üçün şəhəri tərk edib.

Partiyanın bəyanatına görə, indiyədək 8 nümayişçinin öldüyü təsdiqlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью