Pakistan O GÖRÜNTÜLƏRİ yaydı S 400 lər BELƏ VURULUB KONKRET

11.05.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan Hərbi Hava Qüvvələri Hindistandakı S-400 kompleksinə zərbənin görüntülərini yaydı

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın Amdhapur (Adampur) aviabazasına endirilmiş zərbənin peyk görüntülərini yayımlayıb.

KONKRET.az xəbər verir ki, yayımlanan görüntülərdə Hindistana məxsus S-400 zenit-raket kompleksinə endirilmiş dəqiq zərbə əks olunub. Məlumata görə, zərbə nəticəsində baza ərazisində ciddi dağıntılar meydana gəlib.

Bu görüntülər bölgədəki gərginliyin daha da artmasına səbəb olub. Hələlik Hindistan tərəfi hadisəyə rəsmi münasibət bildirməyib.

Natiq Səlim
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью