Pakistan ölən və yaralananların sayını açıqladı

13.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistanı Hindistanın hücumlarından müdafiə edərkən azı 11 hərbçi həlak olub, 78 hərbçi yaralanıb.

Oxu.Az DAWN-a istinadən verdiyi xəbərə görə, bu barədə Xidmətlərarası ictimaiyyətlə əlaqələr xidmətinin (ISPR) məlumatında bildirilir.

Qeyd olunur ki, Hindistanın təcavüzü nəticəsində yeddi qadın və 15 uşaq daxil olmaqla 40 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

"Pakistan Silahlı Qüvvələri "Marka-i-Haq" bayrağı altında "Bunyanum Marsoos" əməliyyatı zamanı dəqiq və effektiv əks-zərbələr endirməklə qətiyyətlə cavab verib", - ISPR bəyanatında bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью