Pakistan ordusu 16 silahlını məhv etdi

24.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Pakistan quru qoşunları Əfqanıstanla sərhəddə atışma zamanı 16 silahlını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Qoşunlarımız səmərəli fəaliyyət göstərərək bu qüvvələrin ölkə ərazisinə sızmaq cəhdlərinin qarşısını aldı”, – ordunun mətbuat xidməti bildirib.

Hadisə martın 23-ü gecə Pakistanın Şimali Vəziristan rayonunda (Xayber-Paxtunxva əyaləti) baş verib.

Qeyd olunub ki, atışma Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiqin ölkələr arasında münasibətləri və iqtisadi məsələləri müzakirə etmək üçün Kabilə səfəri fonunda baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью