Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təhlükəsizlik qüvvələri Pakistanın Əfqanıstanla həmsərhəd olan Şimali Vəziristan bölgəsində 36 saatlıq əməliyyat keçirib.
525.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin Media İctimaiyyətlə Əlaqələr Bölməsinin (ISPR) sosial media hesabında edilən paylaşımda bildirilib.
Qeyd olunub ki, əməliyyat zamanı Hindistan tərəfindən dəstəklənən 15 hərbçi zərərsizləşdirilib, həmçinin çoxlu sayda silah və sursat müsadirə edilib.
İbrahim Cəfərov