Pakistan ordusu 41 terrorçunu zərərsizləşdirib

30.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Pakistan Silahlı Qüvvələrinin yaydığı məlumatda Bəlucistanın Harnai və Pəncqur rayonlarında həyata keçirilən kəşfiyyat əsaslı əməliyyatlarda 41 terrorçunun öldürüldüyü bildirilib.

AZƏRTAC “Dawn” nəşrinə istinadla xəbər verir ki, antiterror əməliyyatları yanvarın 29-da həyata keçirilib, təhlükəsizlik qüvvələri tərəfindən “Fitna-əl-Xavarıc” və “Fitna-əl-Hindustan” terror qruplarının üzvləri zərərsizləşdirib.

“Fitna-əl-Xavarıc” Pakistan dövlətinin qadağan etdiyi “Təhriki-i Taliban Pakistan” (TTP) terrorçularından ibarət qruplaşmanın başqa adıdır. “Fitna-əl-Hindustan” terror təşkilatı isə Pakistanda sabitliyin pozulması əməliyyatları həyata keçirir.

Ordu qüvvələrinin media qanadı bildirib ki, “Fitna-əl-Xavarıc”ın Harnai rayonunun kənarında olması barədə məlumat verilib və bundan sonra ərazidə əməliyyat keçirilib. Bəyanatda əlavə edilib ki, əməliyyat zamanı terrorçuların sığınacağı vurulub və gərgin atışmadan sonra Hindistan tərəfindən dəstəklənən 30 xəvaric məhv edilib. Məlumata görə, terrorçuların mağarasında çoxlu sayda sursat və partlayıcı maddə aşkar edilib.

Bundan başqa, Panjgur rayonunda keçirilən əməliyyatda da terrorçuların sığınacağı aşkar edilib və “Fitna-əl-Hindustan”ın 11 terrorçusu zərərsizləşdirilib.

Pakistan ordusu bildirib ki, 2025-ci il dekabrın 15-də Panjgurda baş verən bank soyğununda talan edilən silah, sursat və pul öldürülən terrorçuların sığınacağından tapılıb. Onların keçmişdə də çoxsaylı terror fəaliyyətində iştirak etdiyi məlum olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью