Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistan təhlükəsizlik qüvvələri son 24 saat ərzində Xayber-Paxtunxva və Bəlucistan əyalətlərində keçirilən antiterror əməliyyatları zamanı 32 silahlını zərərsizləşdirib.
XQ xəbər verir ki, bu barədə Pakistan Ordusunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, Xayber-Paxtunxva əyalətinin Xayber rayonunda kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyatlarda 24, Bəlucistanın Nuşki rayonunda isə daha 8 silahlı zərərsizləşdirilib.
Məlumatda qeyd edilib ki, əməliyyatlar zamanı silah, sursat və əldəqayırma partlayıcı qurğular da aşkarlanaraq məhv edilib.