Pakistan Ordusu ölkənin cənub qərbində iki terrorçunu zərərsizləşdirib

29.06.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını məhv edib.

“Report” xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu məhv edilib, daha iki silahlı isə saxlanılıb.

Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью