Pakistan ordusu şimal qərbdə altı terrorçunun öldürüldüyünü bildirib

26.04.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Pakistan ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Geo telekanalı İslam Respublikası silahlı qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələrə (ISPR) istinadən məlumat yayıb.

Verilən məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş Fitnə əl-Xəvaric (əvvəllər Tehrik-i-Taliban Pakistan və ya Pakistan Taliban Hərəkatı kimi tanınır, 2024-cü il iyulun sonunda İslam Respublikası hökumətinin fərmanı ilə adı dəyişdirilib) qruplaşmasının yaraqlıları olub.

Qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb. Atışmadan sonra ərazinin təmizlənməsi əməliyyatı davam edir.

ISPR-nin məlumatına görə, hərbçilər arasında itki yoxdur.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью