Pakistan ordusunu geri çəkir Razılaşma

21.05.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Münasibətlərin normallaşdırılması üzrə danışıqların bir hissəsi olaraq Hindistan və Pakistan son gərginlik zamanı sərhəd bölgəsinə gətirdikləri əlavə qoşunları bu il may ayının sonuna qədər geri çəkmək barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AFP xəbər agentliyi məlumat yayıb.

Sözügedən qoşunlar sülh dövründə yerləşdirildiyi mövqelərə qayıdacaq.

Xatırladaq ki, iki ölkə arasında sonuncu hərbi eskalasiya mayın 7-də başlamış, Pakistan Hindistanın bir neçə qırıcı və onlarla PUA-sını məhv etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью