Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanında yerləşən Pakistan qoşunları Yəməndəki husilərə qarşı döyüş əməliyyatlarında iştirak etmir.
Axar.az xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri deyib.
“Səudiyyə Ərəbistanında qoşunlarımızın yerləşdirilməsinin təfərrüatı məxfi saxlanılır. Pakistan hərbi qulluqçularının bu ölkədəki istənilən addımı müdafiə xarakterli olacaq", - Çaudri bildirib.