Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistan ordusunun texnikaları şimala, Cammu və Kəşmir istiqamətinə köçürülür.
Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videolarda Ravalpindi şəhərindən keçən hərbi kolonlar göstərilir.
Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisindəki cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar. Hücum nəticəsində 26 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan Əfqanıstanın "Müqavimət Cəbhəsi" qruplaşması öz üzərinə götürüb.
Bu hadisənin fonunda Pakistan və Hindistan arasında münasibətlər gərginləşib.