Pakistan prezidenti Çinin ölkəsinin sosial iqtisadi inkişafındakı rolunu yüksək qiymətləndirib

22.05.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistan prezidenti Asif Əli Zərdari Çinin ölkəsinin sosial-iqtisadi və müdafiə sahəsində inkişafındakı həyati rolunu yüksək qiymətləndirib.

525.az xəbər verir ki, bu barədə Pakistan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 74-cü ildönümü münasibətilə prezident Zərdarinin təbrik məktubunda deyilir.

O, Pakistan-Çin əlaqələrini “tarixi və zamanın sınağından keçmiş” adlandırıb. Siyasətçi deyib ki, bunlarPakistanın xarici siyasətinin təməl daşı olaraq qalırlar.

Zərdari əlavə edib ki, son 74 ildə ikitərəfli əlaqələr strateji tərəfdaşlığa çevrilib: " Pakistan vahid Çin siyasətinin sadiq tərəfdarıdır və Çinin əsas milli maraqlarına aid məsələlərdə yanında olmağa davam edəcək”.

Pakistan lideri çətin anlarda Çinin ölkəsinə ardıcıl dəstəyini yüksək qiymətləndirib. Çin-Pakistan iqtisadi dəhlizini ölkəsinin iqtisadiyyatını və nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıran ikitərəfli əməkdaşlığın flaqman layihəsi adlandırıb.

PrezidentŞ həmçinin vurğulayıb ki, Pakistan-Çin münasibətləri qarşılıqlı etimada, hörmətə və xoş niyyətə əsaslanır. İslamabad iqtisadiyyat, texnologiya, müdafiə, təhsil və ticarət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqdir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью