Pakistan qoşunların döyüş hazırlığını gücləndirib KİV

30.04.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistan Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Economic Times” yayıb. 

Bildirilib ki, bu tədbir iki ölkə arasında artan gərginlik fonunda görülüb. 

Məlumata görə, Pakistan Sialkot bölgəsində ön mövqelərə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri cəmləşdirib. 

Eyni zamanda, ordunun tank və piyada diviziyalarının yerdəyişməsini həyata keçirdiyi də qeyd olunub. 

Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Hindistanın iddialarını rədd edərək, Pahalqam terror hücumunun şəffaf və qərəzsiz araşdırılmasını tələb edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью