Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddəki Gülüstan rayonunda Talibanın hücumunu dəf edib.
Reuters agentliyinin məlumatına görə, Pakistan təhlükəsizlik qüvvələri döyüşdə bir neçə əfqan yaraqlısını zərərsizləşdirib. Hadisə Pakistan-Əfqanıstan sərhədində gərginliyi daha da artırıb.
Xatırladaq ki, 23 sentyabrda Pakistan Əfqanıstan dronlarının ölkənin hava məkanına müdaxiləsi barədə məlumat vermiş və bunu “suverenliyin pozulması” və “təcavüz aktı” kimi qiymətləndirmişdi. Buna cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda həmin PUA-ların buraxılması və saxlanması üçün istifadə edilən 10 əraziyə dəqiq hava və dron zərbələri endirmişdi.
Pakistanın məlumatına görə, hücumlar nəticəsində 28 terrorçu öldürülüb. Kabil isə üç mülki şəxsin ölümü barədə məlumat verib.
P.ƏMİRCANOV
XQ