Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Pakistan Rusiyaya neft emalı zavodunun (NEZ) yenidən qurulmasında iştirak üçün müraciət edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya-Pakistan Hökumətlərarası Komissiyasının növbəti iclasının yekunları ilə bağlı danışan ölkələrin energetika nazirləri bildiriblər.
"Neft təchizatını həyata keçiririk. NEZ-in yenidən qurulmasında iştirakı müzakirə etdik. Rusiya şirkətlərinin Pakistan ərazisində neft və qaz sahəsində iştirakının digər imkanlarını nəzərdən keçiririk", - Rusiyanın energetika naziri Sergey Tsivilyev jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, tərəflər dəmir yolu daşımaları üçün "Şimal-Cənub" dəhlizindən istifadə imkanını, həmçinin İslamabad-Moskva birbaşa hava əlaqəsinin yaradılması perspektivini nəzərdən keçiriblər.
Öz növbəsində Pakistan İslam Respublikasının energetika naziri Avais Leqari bildirib ki, Pakistana əlavə neft emalı gücləri lazımdır: “Ölkə Rusiyadan investisiyaların cəlb edilməsində və s. maraqlıdır”.