Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BMT Təhlükəsizlik Şurası bölgədəki eskalasiyanın əsas səbəblərini həll etmək üçün Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna hörməti təmin etməlidir.
Bakupost.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camali deyib.
O hesab edir ki, yaşanan gərginliyin əsas səbəbi Kəşmir xalqının BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələri ilə onlara vəd edilmiş öz müqəddəratını təyinetmə hüququnun tımin edilməməsidir: "Davamlı sülhə nail olmaq üçün bu məsələnin həllinə ehtiyac var".