Pakistan sərhəddə bu məntəqələri ələ keçirdi KONKRET

12.10.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Geo telekanalı məlumat yayıb.

Məlumata görə, bazar günü Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью