Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. Pakistanın tekstil sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycandakı investi
Bunu “Report”a açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti bildirib.
Onun sözlərinə görə, Pakistandan olan iş adamlarının və onların azərbaycanlı tərəfdaşlarının iştirakı ilə Bakıda tədbir keçiriləcək.
"Pakistanın məşhur geyim brendi Azərbaycan bazarına daxil olmaq və böyümək istəyir.
Şirkət kişi geyimlərinin geniş çeşidini, o cümlədən rəsmi kostyumlar, gündəlik geyimlər və aksessuarlar təklif edir.
Biz onlar üçün yerli tərəfdaş axtarırıq, françayzinq razılaşması üçün potensial var.
Müzakirələr davam edir və əminəm ki, tezliklə irəliləyiş görəcəyik”, - deyə PAKAZCHAM prezidenti qeyd edib.
O, vurğulayıb ki, tekstil sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsinin imkanlar var.