Pakistan və Banqladeş arasında birbaşa uçuşlar bərpa oldu 14 il sonra...

30.01.2026

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pakistan və Banqladeş arasında birbaşa uçuşların bərpasına qərar verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Bildirilib ki, "Biman Bangladesh Airlines" şirkətinin BG-341 rtəyyarəsi bu gün Banqladeşin paytaxtı Dəkkədəki Həzrət Şahcəlal Beynəlxalq Hava Limanından yola düşüb: "Təyyarə az əvvəl Pakistanın Karaçi şəhərindəki Cinnah Beynəlxalq Hava Limanına enib. Bu, 14 ildən sonra Banqladeş və Pakistan arasında ilk birbaşa uçuş olub".

Samir MUSAYEV

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью