Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Pakistan və Ermənistan diplomatik münasibətlərin qurulmasını nəzərdən keçirməyə razılaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın “X” hesabında yazıb.
O bildirib ki, bu gün erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb və sözügedən məsələdə razılığa gəlinib.