Pakistan və Hindistan razılığa gəldi! Əsgərlər sülh mövqeyində qalacaqlar

20.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Cənubi Asiyanın nüvə enerjisinə malik iki sərhəd qonşusu olan Hindistan və Pakistan arasında qarşılıqlı hücumlar səbəbindən mayın 6-na keçən gecə başlayan gərginlik razılaşma ilə yekunlaşıb.

Bizimyol.info CNN-ə istinadən xəbər verir ki, hərbi əməliyyatların dayandırılmasından sonra Pakistan və Hindistan mayın 30-dək qoşunlarını sülh dövründəki mövqelərə qaytarmaq qərarına gəliblər.

Hər iki ölkənin yüksək rütbəli hərbi rəsmiləri planlaşdırılmış mərhələli geri çəkilməni koordinasiya edəcəklərini bildiriblər. Sözügedən addımın bir növ “etimad quruculuğu tədbirləri” çərçivəsində olduğu da vurğulanıb.

Hindistan və Pakistanın qoşunları geri çəkmə qərarında ABŞ başda olmaqla digər ölkələrin diplomatik səylərinin də təsirli olduğu bildirilib.

Hindistan aprelin 22-də Kəşmir bölgəsində baş verən hücuma görə Pakistanın məsuliyyət daşıdığını bildirib. Pakistan hücuma görə məsuliyyəti üzərinə götürməsə də, Yeni Dehli hökuməti İslamabada qarşı hərbi əməliyyata başlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью