Pakistan və Hindistanda ölənlərin sayı 100 ə çatır

10.07.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Pakistanın Pəncab və Bəlucistan əyalətlərində və Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü musson yağışlarının yaratdığı daşqınlar insan tələfatı ilə nəticələnib.

Axar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı Pakistanda 11, Hindistanda isə 85-ə yüksəlib.

Məlumata görə, sel suları altında qalan insanların axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları xüsusilə də Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə səbəb olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью