Pakistan və Özbəkistan arasında bir neçə ikitərəfli sənəd imzalanacaq

25.02.2025

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pakistan və Özbəkistan arasında bir neçə ikitərəfli sənəd imzalanacaq. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Özbəkistana ikigünlük rəsmi səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Pakistanın Baş naziri və Özbəkistan Prezidenti görüş zamanı ikitərəfli əməkdaşlığın bütün sahələrini müzakirə edəcəklər. Liderlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Bir sıra ikitərəfli sazişlər və memorandumlar da imzalanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью