Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İslamabad və Doha Yaxın Şərq və Türküstan (Mərkəzi Asiya) üzərindən keçməklə Türkiyə və Avropa bazarlarına çıxacaq yeni ticarət marşrutlarının yaradılmasını müzakirə ediblər.
Pakistan və Qətər Pakistanı Yaxın Şərq və Türküstan (Mərkəzi Asiya) vasitəsilə Türkiyə və Avropa bazarları ilə birləşdirə biləcək yeni regional ticarət marşrutlarının yaradılmasını müzakirə ediblər. Danışıqlar “Bir kəmər, bir yol” sammiti çərçivəsində baş tutub.
Pakistanın ticarət naziri Cam Kamal Xan Qətərin xarici ticarət məsələləri üzrə naziri Əhməd bin Məhəmməd Əl-Sayedlə görüşüb. Tərəflər Yaxın Şərqdəki son hadisələri, onların regional iqtisadiyyata təsirini, həmçinin ticarət və nəqliyyat əlaqələri məsələlərini müzakirə ediblər.
Görüşdə regional əlaqələrin inkişafına və “Bir kəmər, bir yol” təşəbbüsünə xüsusi diqqət yetirilib. Nazirlər Yaxın Şərq və Türküstan üzərindən yeni tranzit və ticarət marşrutlarının inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər, həmçinin Pakistan və Qətəri daha geniş ticarət marşrutları sistemi ilə birləşdirmək imkanlarını müzakirə ediblər. Bu sistemin Yaxın Şərq ölkələrindən keçərək Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxması nəzərdə tutulur.
Nazirlər ikitərəfli ticarətin genişləndirilməsində və iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Cam Kamal Xan, həmçinin Şri-Lanka və Banqladeş nümayəndələri ilə görüşlər keçirib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirərək, “Bir kəmər, bir yol” təşəbbüsünün, regional nəqliyyat əlaqələrinin və yeni ticarət marşrutlarının inkişafının region iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar.
Görüşlərin yekununda iştirakçılar Asiya, Yaxın Şərq və Avropa ölkələri arasında regional əlaqələrin gücləndirilməsinin, ticarət və tranzit üçün yeni imkanların yaradılmasının vacibliyini qeyd ediblər.
S.ELAY
XQ