Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistan Əfqanıstanın xahişinə əsasən "Taliban" rejimi ilə 48 saatlıq atəşkəsə razılıq verib.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Taliban" rejiminin xahişi ilə və qarşılıqlı razılıq əsasında Pakistan və "Taliban" bu gün axşam saat 18:00-dan etibarən qüvvəyə minəcək 48 saatlıq müvəqqəti atəşkəs barədə razılığa gəliblər", - bəyanatda bildirilib.
Bu müddət ərzində tərəflər konstruktiv dialoq keçirməyi razılaşdırıblar.