Pakistan vətəndaşı Abşeronda faciəli şəkildə öldü

13.01.2025

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeronda zavodların birində faciə baş verib.

Qaynarinfo bakuplus.az-a istinadən xəbər verir ki, beton hasarın aşması nəticəsində bir Pakistan vətəndaşı ölüb, digəri ağır yaralanıb.

Ölən Pakistan vətəndaşı 2003-cü il təvəllüdlü Harı Prakashdır. Onun xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Digər fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью