Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir

05.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Pakistan, Səudiyyə Ərəbistanı ilə Türkiyə Məkkə sazişi çərçivəsində müdafiəyə qəti sadiqdir və təhdidlərlə mübarizədə vahid mövqedən çıxış edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin Ər-Riyadda keçirilən növbəti iclasının yekunlarına dair "X" sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir.

"Komitə kollektiv müdafiə öhdəliklərinin dərhal praktiki icrasına keçməyə və zəruri tədbirlər görməyə qərar verib", - Pakistan XİN-dən bildirilib.

Hər bir tərəfin təhlükəsizliyinin üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu təsdiqlənib. İclasın Səudiyyə Ərəbistanı Krallığının üzləşdiyi təhlükəsizlik prosesləri (husilərin hücumları) və təhdidləri həll etmək məqsədilə keçirildiyi vurğulanıb:

"Tərəflər həmçinin Məkkə və Mədinəni hədəf alma cəhdini, eləcə də Krallıqdakı şəhərlər, mülki və iqtisadi obyektlərə davamlı hücumları ən kəskin şəkildə qınayaraq, Krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücumu və ya təhdidi birmənalı şəkildə rədd etdiklərini bir daha təsdiqləyiblər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью