Pakistana məxsus Mi 17 qəzaya uğrayıb: Ölənlər var

10.06.2026

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pakistan Silahlı Qüvvələrinə məxsus Mi-17 helikopteri Cammu və Kəşmir bölgəsində qəzaya uğrayıb, heyət üzvlərinin hamısı həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə PTV dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Müzəffərabad şəhəri yaxınlığında baş verib. Qəzaya səbəb texniki nasazlıq ola bilər. Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün istintaq komissiyası yaradılıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью